Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Niyam Salami "Çağırma məni" adlanan mahnısını təqdim etdi. Musiqisi Ceyhun Əliyevə, sözləri Azər Şirinə məxsus olan mahnıya tezliklə klip çəkiləcək. "Azərbaycanda ən çox güvəndiyim rejissor Anar Hüseynovdur. Ondan sonra işbirliyi qura biləcəyim rejissor Ceyhun Kərimovdur", - deyə Mediainfo.az-a açıqlama verən N.Salami klipdəki süjet xəttinin sevgi üzərində qurulacağını da əlavə etdi:
"Bütün yaradıcı işlərim müştərək fikirlər əsasında ərsəyə gəlir. Burada da öz fikirlərimi bildirəcəm. Süjet xəttində özüm olmayacam. Çünki süjet xəttində özüm görünməyi sevmirəm. Ancaq onu deyə bilərəm ki, bu dəfə qız oğlanın arxasınca düşür. Klipdə professional model xanım çəkiləcək. Hazırda seçim gedir. İşi peşəkarına tapşırmaq lazımdır".
Mediainfo.az