Müğənni-bəstəkar Rəhim Rəhimli "10lar" verilişində xalq artisti Faiq Ağayev haqda səsləndirdiyi fikirləri təkzib etdi. Belə ki, Rəhimlinin fikirləri internet portallarında səsləndirildikdən iki gün sonra o, nəhayət ki, özünə gəldi. Sosial şəbəkədə xalq artisti ilə aralarında yaranmış qalmaqalla bağlı şərh yazdı:
"Ötən həftə maqazin verilişlərinin birində xalq artisti Faiq Ağayev haqqında işlətdiyim fikirlərin heç biri təhqir ehtiva etmədiyi halda bəzi internet portallarının qoyduğu başlığı dəyərli Faiq Ağayev belə qəbul edib. Dəyərli media mənsubları, diqqətinizə çatdırım ki, mən özümdən yaşda və təcrübədə böyük şəxsi təhqir edəcək mədəniyyətə sahib deyiləm. Səsləndirdiyim fikirlər Faiq Ağayevin "Facebook" səhifəsində yazdığı statusa əsaslanır. Təəcccübləndiyim məqam odur ki, Faiq bəyin fikirlərini təhrif etmədən səsləndirdiyim halda bunun nəyi yanlış anlaşılıb? Nə xoş təsadüfdür ki, "Qızıl şlyaqer"in yazdığı statusla mənim o gün ifa etdiyim mahnı üst-üstə düşüb. Xalq artistinin fikrindən olduğu kimi istifadə etmişəmsə və mahnımla əlaqələndirmişəmsə, bunun arxasında niyə bədniyyət olmalıdır? Müsahibəmdə də bildirdiyim üzrə acizanə düşüncəm odur ki, hələ də uğurları təkrarlana bilməyən xalq artistimiz Faiq Ağayevdir. O, gənc yaşda əməkdar artist, xalq artisti adını almış heç bir rəqibi olmayan sənət adamıdır".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































