Müğənni Yaşar Cəlilovun yeni "Ulduzlu gecə" mahnısı dinləyicilərin ixtiyarına verilib.
Əldə etdiyimiz məlumatına görə, 106.3 FM-də kompozisiyanın təqdmatı olub. "Ulduzlu gecə"nin musiqisi Azərbaycanın fövqəladə hallar naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərova (Kamal), sözləri sözləri nəğməkar şair Baba Vəziroğluya məxsusdur. "Ulduzlu gecə" lirik janrdadır. Y. Cəlilov bildirib ki, mahnı artıq radio dalğalarından və televiziya efirlərində eşidiləcək: "Özümü şanslı müğənni hesab edirəm. hər bir müğənninin arzusudur ki, o insanlarla işbirliyi qursun. Müğənnilərin arzuları çox olur: biri fəxri ad almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum var: sevilən mahnılar ifa etmək. Elə bu arzumda da bütün arzular birləşir ". Mahnını aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kkompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y. Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayət edib. "Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































