Xalq artisti Brilliant Dadaşova ABŞ səfərinin ətrafında gəzən söz-söhbət haqqında daha bir açıqlama verdi. Mediainfo.az-ın verdiyi məlumata görə, bir neçə saat əvvəl sənətçi Facebook səhifəsində bunları yazıb:
"Əziz dostlar, mən elə birbaşa dırnaq içərisində Haqqın.az kimi boşboğaz, populist çıxışlarla atlanıb-düşən, ucuz qəhrəmanlıqla başqasının haqqını tapdalamağa cəhd göstərərək, özlərinə reytinq qazanan bəzi "psevdapatriot"lara üzümü tutub demək istəyirəm ki, Amerikada – Nyu-Yorkun göbəyində Azərbaycan bayrağının qaldırılması, Azərbaycan musiqisinin, özəlliklə bizim xalq mahnılarımızdan ibarət olan mənim "Vokaliz"min səslənməsi, musiqisevərlərin sorğusu nəticəsində yüksək mükafata layiq görülməsi səni niyə bu qədər qıcıqlandırıb? Dünyanın bütün ölkələrində, harda ki, Azərbaycan musiqisini az da ola tanıyıb sevənlər varsa (ki, bunlar milyonlarladır) onların usta musiqisi kimi təqdim edib, sevib, dəyər verdiyi Brilliant Dadaşova Süleyman qızıyam mən! Sən kimsən? Öz quşbeynini bir az işlət! Kor gözlərini aç! Dar düşüncənlə yazdığın axmaq fikirlərinin "qonşular" tərəfindən də oxunduğunu UNUTMA!!!"
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































