Müğənni Yaşar Cəlilovun yeni "Ulduzlu gecə" mahnısı dinləyicilərin ixtiyarına verilib. Mediainfo.az-ın məlumatına görə, 106.3 FM-də kompozisiyanın təqdimatı olub.
"Ulduzlu gecə"nin musiqisi Azərbaycanın fövqəladə hallar naziri, bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərova (Kamal), sözləri nəğməkar şair Baba Vəziroğluya məxsusdur. "Ulduzlu gecə" lirik janrdadır.
Y.Cəlilov bildirib ki, mahnı artıq radio dalğalarından və televiziya efirlərində eşidiləcək: "Özümü şanslı müğənni hesab edirəm. Hər bir müğənninin arzusudur ki, o insanlarla işbirliyi qursun.
Müğənnilərin arzuları çox olur: biri fəxri ad almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum var: sevilən mahnılar ifa etmək. Elə bu arzumda da bütün arzular birləşir ".
Mahnının aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y.Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayiət edib.
"Ulduzlu gecə" mahnısı Y.Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































