Mediada xalq artisti Brilliant Dadaşovanın ABŞ-ın Nyu York şəhərində ermənilər tərəfindən "Big Apple Music Awards" mükafatı ilə təltif olunması və 30 min dollar dəyərində pul və son model "Mercedes" markalı avtomobil alması barədə məlumatlara cavab özünü gözlətmədi.
Xalq artistinin köməkçisi bildirib ki, gün ərzində müxtəlif media nümayəndələrinə anonim zənglər edən və maillər göndərən adamlar peyda olub. Bundan sonra xalq artisti yayılan məlumatlara prodüseri vasitəsilə aydınlıq gətirib. O qeyd edib ki, Brilliant Dadaşovaya "Mercedes" markalı avtomobil bağışlanması xəbəri bir çoxlarını musiqimizin uğuruna sevindirsə də, bəzilərini narahat edib:
"Həmin insanlar gah xalq artistinə avtomobil bağışlanmadığını, gah da müğənninin ermənilər tərəfindən mükafatlandırıldığını iddia ediblər. Brilliant xanım qeyd olunan mükafatlandırma mərasiminə milliyyəti yəhudi olan Zarina Yusupovanın dəvəti ilə qatılıb. Layihədə Brilliant xanımla yanaşı, dünyanın müxtəlif yerlərindən tanınmış ulduzlar iştirak edib. Daha sonrakı günlərdə isə bizim diasporumuzun respublika günü ilə bağlı tədbirlərində iştirak edib və orada da fəxri fərmanla təltif olunub. Onların rəsmi saytlarında da Brilliant xanıma bağışlanan avtomobilin fotosu var və tezliklə hədiyyə Bakıya gətiriləcək".
Brilliant xanım Nyu Yorkun "Master Theatre" zalında keçirilən mükafatlandırma mərasimində Azərbaycan bayrağını dalğalandıraraq elə ermənilərin dəfələrlə oğurladığı "Vokaliz" mahnısını ifa edib:
"Əgər məsələ hallandırıldığı kimi olsaydı, elə öz müğənnilərini gətirib oxudardılar və bununla da Brilliant Dadaşovanın timsalında Azərbaycan musiqisinin təkrarolunmazlığını sübut eləməzdilər. Yazıya məhz həmin mükafatlandırma mərasimindən Azərbaycan bayrağı ilə fotoları əlavə edirik ki, bizim lehimizə olan məsələni əleyhimizə istifadə edənlər utansınlar. Tək bu fotolar bəsdir ki, Brilliant sənətinin nə olduğunu və hansı missiyaya xidmət etdiyini gözü kor olanlar anlasınlar". /ans/
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































