QALMAQAL!!! Elnar Xəlilov "Şarm" qrupunu məhkəməyə verir! - VİDEO

QALMAQAL!!! Elnar Xəlilov "Şarm" qrupunu məhkəməyə verir! - VİDEO
"Nədir, uje şişmisən?"

Müğənni Elnar Xəlilov Azərbaycanda tanınan qruplardan birini məhkəməyə verməyə hazırlaşır. Buna tutarlı səbəb var. E.Xəlilovun Mediainfo.az-a verdiyi məlumata görə, o, ilk əvvəl məsələni sülh yolu ilə həll etmək istəyib. Amma əks tərəflə dil tapa bilməyib. Qrup üzvləri onun əsəblərini tarıma çəkdiyindən problemi məhkəmə yolu ilə həll etməyi qarşısına məqsəd qoyub.

"Əvvəl istəmirdim belə edim, amma artıq qərarlıyam, hər şey edəcəyəm! Bir qrup var ki, onlarla bir mahnı ifa etdik, mənim təklifimlə. Sözlərini meyxanaçı Əliyə mən yazdırmışdım. Aranjemanı da mənə aiddir. Onların oğurluqda peşəkar olduğunu öyrəndim. Zarina xanımın "Bir acı" mahnısını oğurladıqlarını gördüm. Bu cür gözəl mahnımın korlanmasını və itməsini istəmədim. Ona görə də dedim ki, sizsiz oxuyacağam, daha sizinlə oxumaq istəmirəm. Razılaşdıq. "Sağ olun". Amma qızlar mənim səsim ikinci bənddə ola-ola "RTV" kanalına çıxıblar. Şou-proqramlarda oxuyublar. Mədəni şəkildə müəllif hüquqlarımı pozduqlarını bildirsəm də, küçə söyüşlərinə tuş gəldim. Yazdım ki, mənim vaxtım yoxdur, menecerimlə əlaqə saxlayın, deyin sözünüzü. Onların söyüşlərini mən yaza bilmərəm. "Nədir, uje şişmisən?" Bu, bir az mədəni versiyadır. Bu qızları anaları geri salır. Mən belə düşünürəm. Zarina baş qoşmadı. Mən də istəmirdim. Amma gördüm şər atırlar ki, nəqəratda bizim səsdir. Mən sübut etməyə hazıram. Studiyada "pokanalnı" hamısı var. Bu insanlar öz səslərini tanımırlarsa, gerisini dinləyicilər desin. "Folset" səslə özüm oxumuşam", - deyən Elnar Xəlilov artıq məhkəmə işlərinə başlandığını da açıqladı:

- Qərar verilib. Məhkəmə işləri başlanılıb.

P.S. Xatırladaq ki, söhbət "Şarm" qrupundan gedir. Hansı ki, Elnar Xəlilovla birgə "Soyuqdur mənə" mahnısını duet şəklində ifa edib. Onu da əlavə edək ki, artıq Elnar Xəlilov "Soyuqdur mənə" mahnısına solo şəklində klip çəkdirib. Tezliklə klip tamaşaçıların ixtiyarına veriləcək.

Əks tərəfin fikrini də öyrənməyə hazırıq.

Hazırladı: Könül Aypara

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az