Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
İTV-nin Musiqili və Əyləncəli Verilişlər Departamentinin əməkdaşı Hüsniyyə Məhərrəmova öz ərizəsi ilə İctimai Televiziyadan ayrılıb. Belə ki, Hüsniyyə Məhərrəmova aparıcılıq fəaliyyətini ATV-də davam etdirəcək.
Aparıcısı olduğu "Böyük Səhnə" yarışması da ATV-də yayımlanacaq. Xəbəri dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxladıq. Hüsniyyə Məhərrəmova faktı təsdiq etdi: "Deyilənlər doğrudur, öz ərizəm ilə işdən ayrılmışam. Yarışmanın isə ATV-də olması ilə bağlı qəti qərar yoxdur".
Qeyd edək ki, Hüsniyyə Məhərrəmova "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri idi./interpress/
Mediainfo.az