Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
İkinci dəfə analıq hissləri yaşamağa hazırlaşan əməkdar artist Manana yeni klipini təqdim edib. ANS PRESS-in məlumatına görə, "Gözlərin danışsın" adlı mahnının rejissorluğunu Nail Naiboğlu öhdəsinə götürüb. Bəstənin sözləri İkram Əliyeva, musiqisi Nailə Mirməmmədliyə, aranjemanı isə gürcü sənətçisi Givi Usenaşviliyə aiddir. Çəkilişlərdə uzun və enli geyimlərə üstünlük verən sənətçinin artıq çəki aldığı gözlərdən yayınmayıb. Qeyd edək ki, əməkdar artist hamiləliyin 6-cı ayındadır. İfaçı ötən günlərdə oğul övladı gözlədiklərini bildirmişdi. Xatırladaq ki, Manana Çaparidze 2008-ci ilin əvvəlində gürcü vətəndaşı ilə ailə həyatı qurub, noyabrın 10-da isə qızı Elizabet dünyaya gəlib.
Medianfo.az