Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova Danimarkada "Türk Günü" ilə bağlı keçirilən konsert proqramında çıxış edib. D.Kazımovanın çıxışı Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
Konsert zamanı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi hamını "Eurovision 2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımovaya səs verməyə çağırıb. Azərbaycanlı musiqiçinin çıxışı böyük coşqu ilə qarşılanıb.
3 may – "Türk Günü" ilə əlaqədar Danimarkadakı Azərbaycan və Türk diaspor təşkilatlarının təşkil etdiyi tədbirdə Türkiyənin bu ölkədəki səfiri Mehmet Dönmez, Skandinaviya Ülkü Ocaqlarının sədri Bahadur Gülər, İsveçdə fəaliyyət göstərən "Xəzər" Cəmiyyətinin sədri Leyla Kiani, Danimarkada çalışan tanınmış iş adamları, dövlət rəsmiləri, çox sayda media nümayəndəsi olmaqla, 1300 nəfərdən artıq qonaq iştirak edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































