Nuri Sərinləndirici və Jane "De ki, sevirəm" adlı konsert verəcəklər. Məlumata görə, mayın 31 də tanınmış azərbaycanlı müğənni Nuri Sərinləndirici, əvəzolunmaz duet ortağı Jane Şirokih ilə birlikdə Bakıda möhtəşəm konsert verəcək. Yaşıl Teatrın səhnəsində mövsümə açılış edəcək Nuri, konserti barəsində oxucularımızı belə məlumatlandırdı: "Bu vaxta qədər Azərbaycandakı təşkilatçılardan dəfələrlə maraqlı təkliflər almışam. Hər dəfə konsertlə bağlı layihələr irəli sürüləndə bir tələbim olurdu ki, tamaşaçı qarşına çıxacağıqsa, hər şey mükəmməl olmalıdır. Bu bir reallıqdır ki, mən və duet ortağım Jane Şirokih dəvət aldığımız tədbirlərdə çıxış edərkən sanki konsert oxuyurmuş kimi səhnədə oluruq. "De ki, sevirəm " adlı konsertimizin təşkilatçılarına hə cavabı verməmişdən öncə Azərbaycan üzrə yaradıcı layihələrimizə rəhbərlik edən populyar teleaparıcı və rejissor, Lider TV-nin siması Lamiyyə Ələkbərqızı ilə müzakirələr apardıq. Və təşkilatlatçılıq işlərinin yüksək səviyyədə olduğunu dəqiqləşdirdikdən sonra işə başladıq. Yaşıl Teatrda mövsüm bizim konsertimizlə açılacaq. Moskvanın populyar "MainStream" qrupunun müşayiəti ilə tamaşaçılara fərqli musiqisi ziyafəti təşkil etməkdən ötrü J.Şirokihlə birlikdə bütün gücümüzü səfərbər etmişik. Məşqlərimizi yüksək səviyyədə davam etdiririk. Hit duetlərimizlə yanaşı repertuarımızda Azərbaycan və əcnəbi bəstəkarların əsərləri yer alacaq. Konsertin adını təsadüfdən "De ki, sevirəm" qoymamışıq. Bu mənim ifamda sevilmiş mahnılardan birinin adıdır. Şüarımız belədir: "Bu konsertdə hamı sevəcək". 31 may Azərbaycanda həm də "Son zəng" çalınacaq. Əminik ki, 11-ci sinif məzunları öz bayramlarını bizimlə birlikdə keçirməkdən məmnun qalacaqlar. Konsertdə çoxlu sayda sürprizlər də olacaq ki, onlar hələlik sirr olaraq saxlayırıq".
Konsertin biletləri dünəndən etibarən satışa çıxarılıb.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































