Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Müğənni Yaşar Cəlilov Azərbaycanın Fövqəladə Hallar naziri, bir çox sevilən mahnıların bəstəkarı Kəmaləddin Heydərovun (Kamal) yeni bəstəsini ifa edib. Sözləri nəğməkar Baba Vəziroğluya aid "Ulduzlu gecə" mahnısı artıq hazırdır. Yaxın günlərdə təqdim olunacaq kompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y.Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayiət edib. "Ulduzlu gecə" lirik janrdadır. "Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.
Hazırladı: Şəlalə Nəriman