Meyxanaçı Samirə ilə "Toylar kralı" layihəsinin iştirakçısı Anar Qasımbəyli arasındakı qalmaqal səngimək bilmir.
"Can Cana"nın ilk ifaçısı olan müğənni, ""Can Cana" mahnısının sözləri Samirənin dediyi əxlaqsız meyxanaların sözlərindən səviyyəlidir!" – deyərək ittihamlara cavab vermişdi. Xatırladaq ki, A.Qasımbəylinin özündən çıxmasının səbəbi Samirənin efirdə "Can Cana" mahnısını pisləməsi olmuşdu. Narazılıqla bağlı Meyxanaçı Samirə Anar Qasımbəylini məhkəməyə verəcəyi ilə hədələmişdi.
"Əvvəla, mən deməmişəm ki, Samirə "ANS"-də əxlaqsız meyxana deyib. O, heç bilmir nə danışır. Əgər "Can Cana" mahnısında əxlaqsız sözlər vardısa, mən də "ANS"də "Toylar Kralı" yarışmasında olmuşam. Efirdə də oxumuşam. Əgər mahnıda əxlaqsız sözlər vardısa, onda canlı yayımda gedən "Toylar kralı" verilişi əxlaqsızdır? Məhkəməyə vermir, hara verir versin! Mənim kim olduğumu araşdırsın, sonra məhkəməyə versin!" – deyən Anar Qasımbəyli Samirənin məhkəmə hədə-qorxusu ilə bağlı Mediainfo.az-a açıqlama verdi.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































