Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
"Eurovision 2014"ün Ukrayna təmsilçisi Mariya Yaremçuk Azərbaycana səfər edəcək. "Mən Azərbaycan haqqında çox eşitmişəm. Bakıda olmaq çoxdankı arzumdur. İnana bilmirəm ki, tezliklə Odlar Yurdunda olacağam. Həmişə "Eurovision" mahnı yarışmasında Azərbaycan təmsilçilərinin çıxışlarını böyük maraqla izləmişəm. Bu il isə Dilarə Kazımovanın lirik "Start a Fire" mahnısı ürəyimcə olub. Ümid edirəm ki, Azərbaycanda məni unudulmaz məcaralar gözləyir", - deyə M.Yaremçuk vurğulayıb.
Qeyd edək ki, M.Yaremçuk mayın 6-da Kopenhagendə "Eurovision 2014" mahnı müsabiqəsinin birinci yarımfinalında "Tick Tock" mahnısı ilə çıxış edəcək.
Mediainfo.az