Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Azərbaycanın "Eurovision-2014" təmsilçisi Dilarə Kazımovanın Avropa promo-turu çərçivəsində səfər edəcəyi növbəti ölkə Gürcüstan olacaq. Belə ki, aprelin 22-də baş tutacaq səfərdə təmsilçimiz qonşu ölkədə bir neçə telekanalın qonağı olacaq. Daha sonra radiostansiyaların, qəzet və jurnalların təmsilçiləri ilə görüşəcək. Səfər çərçivəsində o, Gürcüstanın "Eurovision 2014"-dəki iştirakçısı Mariko Ebralidze ilə görüşəcək və birgə müsahibə verəcək. Aprelin 25-də isə D.Kazımova Maltaya yollanacaq. Qeyd edək ki, Azərbaycan təmsilçisi "Start a Fire" mahnısını Kopenhagendə mayın 6-da "Eurovision-2014" müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.
Mediainfo.az