"N-Brothers" qrupunun rəhbəri Namiq Qafarov nəhayət ki, sükutu pozdu. Belə ki, qrupun tanınmış rəhbəri və yaradıcısı müsahibəsində bildirib:
"Mən səhhətimdə olan problemlə əlaqədar olaraq və qrupumuzun üzvlərindən olan Anar Cəfərov ailə vəziyyətilə bağlı Yekatirinburq şəhərinə getdiyi üçün bizim qrupda bir müddət fasilə yarandı. İndi yenidən fəaliyyətə başlamışıq. Onu da qeyd edim ki, deyəsən, şou-biznesdə "atlar ölüb, itlər kef edirlər". Səsi, sənəti olmayanlar da çıxıb efirlərdə sənətdən, musiqidən danışır. Elə kim gəldi bir qrup yaradır. Unutmasınlar ki, "N-Brothers" 2000- ci il sentyabrın 17-də yaranıb və bu günədək də öz fəaliyyətini yaradıcılığı ilə göstərir. Hətta bizdən sonra yaranan "qrup"lar da bizim stildə geyinirlər. Bəzi vaxt qrup üzvlərimizlə söhbət edəndə deyirik ki, o biri qruplar bizim geyindiyimiz üslublarin hamısından yetərincə yararlanıblar, bəlkə biz yeni stil fikirləşib tapaq? Bu gün Azərbaycanda 70-dən çox qrup var. Lakin çoxlarının yalnız "qrup" kimi adları var, barmaqla sayılası qədər səsi və sənəti olan solistlərdən ibarət qrup adı çəkmək olar. Bir sözlə, qrupların çoxu "yağışdan sonra çıxan göbələk"ləri xatırladır".
Hazırladı: Səadət Arifqızı
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































