"Birincisi, mən ifaçini pisləməmişəm, demişəm ki ,mahnı mahnı deyil! İkincisi, mən ali savadlı müğənniyəm və 35 ildir ki, incəsənətdə nailiyyətlərim var. Üçüncüsü, mənim dediyim meyxanada əxlaqsızlıq?! Buna görə o, məhkəmədə cavab verəcək! Efir məkanında əxlaqsızlığa yol vermək olar? Bu tərbiyəsizliyin ən bariz nümunəsidir. Mən gündəmə gələndə onlar heç oxumurdular, onların və ya kiminsə ucuz reklamı sayəsində Samirə xanım gündəmə gəlmir. Əxlaqsız sözlər isə o mahnıdadır! Mən onu özlərinə sübut da edə bilərəm. Mən o adda oxuyan tanımıram, tanımaq da istəmirəm! Çünki mən ən aşağısı Ələkbər Tağıyevdən oxumuşam! Onlara mənim gücümə gündəmə gəlməyə yol verməyəcəyəm. O qədər elə "mahnıcıqlar" olub ki, indi kimin yadındadır? Hamısı unudulub, artıq bu da unudulub, sadəcə gündəmə gəlmək istəyirlər. Mən buna yol vermərəm! İşində ol, bala, "Can cana", yox e lap "Qan qana" olsun", - deyə Mediainfo.az-a açıqlama verən Meyxanaçı Samirə onu əxlaqsız sözlərdən ibarət meyxana deməkdə ittiham edən müğənni Anar Qasımbəylinin cavabını yeddi qat verdi:
- Bunlar məndən nə istəyirlər? Əxlaqsız sözünə görə mən onu məhkəməyə verəcəyəm! Bəsdir də, artıq bezmişəm e... Mən hal-hazırda Moskvadayam, sabah qayıdıram. Danışmadıqca bunlar ayaq açırlar!
Haqqında deyilənlərdən möhkəm hiddətlənən Samirə xanım onu da əlavə etdi ki, artıq özü yox, bu işlərlə vəkili məşğul olacaq. " Bəsdir! Artıq cana gəlmişəm bunların əlindən! Kim tanınmaq istəyirsə, Samirə xanımdan yapışır. Allaha and olsun ki, sabah gəlib məhkəmə işinin başlanmasına xitam verəcəyəm! Mənim hesabıma özlərini reklam edənlər cəzasını alacaq! Bəyəm ANS o günə qalıb ki, əxlaqsız meyxana versin? Bu ən aşağısı ANS-ə təhqirdir! Mən bunu belə qoymayacağam!
P.S. Xatırladaq ki, bu gün "Can Cana" mahnısının ilk ifaçısı Anar Qasımbəyli Meyxanaçı Samirəyə irad tutaraq, ""Can Cana" mahnısının sözləri bu mahnını bəyənməyən, onu oxumağı özünə sığışdırmayan Samirənin dediyi əxlaqsız meyxanalardan səviyyəlidir", - deməklə narazılığını bildirmişdi.
Hazırladı: Könül Aypara
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































