Tanınmış star Petek Dinçöz bu həftə Türkiyə mediasına bomba kimi düşdü. Belə ki, verilişlərin birinə dəvət alan sənətçi keçmiş həyat yoldaşı Can Tanrıyardan ölkə rəhbərinə şikayət etdi. "Mənə hədə-qorxu gəlir, əlində mənimlə bağlı pornokaset olduğunu söyləməklə ondan ayrılmamağımı təkid edir. Normal yaşamağıma imkan vermir. Hazırda həyatımda birisi var. Amma o da özünə görə bir iş tapa bilmir. Bütün qapıları üzümüzə bağlatdırmağı bacarıb. Heç nə edə bilmirəm mən. Üzümü baş nazir Receb Tayip Erdoğana tutub yalvarıram, bir şeylər edin! Eminə xanıma səslənirəm, yardım edin mənə!" - deyə canlı veriliş boyu göz yaşı axıdan P.Dincözə baş nazirdən cavab gəldi.
R.T.Erdoğan ictimaiyyətə köməyi barədə açıqlama verməsə də belə, P.Dinşöz sosial şəbəkələrdəki səhifələrində bunları qeyd etdi:
"Dünən çıxış etdiyim TV proqramından sonra hörmətli baş nazirin məsələyə göstərdiyi müdaxiləyə görə minnətdaram. Çox-çox təşəkkür edirəm!"
P.S. Onu da əlavə edək ki, TV kanallarında məsul işçi kimi fəaliyyət göstərən C.Tanrıyar da məsələ ilə bağlı fikirlərini bildirib:
"Bu qızın təcili xəstəxanada müalicə olunasına gərək var. Onun məndən əvvəl pis həyatı olub. Mən heç vaxt onu pornokasetlə hədələməmişəm. Əlbəttə onunla davalarımız olub. Amma artıq Peteye hirslənmirəm, çünki o, xəstədir!"
Hazırladı: Günel Həbib
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































