SORĞU!!! Xalq artistlərinin biabırçı cavabları!

SORĞU!!! Xalq artistlərinin biabırçı cavabları!
İki sənətçinin telefonu "xarab oldu"

Dünyanın ən məşhur yazıçılarından sayılan Qabriel Qarsia Markesin 86 yaşında ölümü bu gün bütün dünyanın gündəmindədir. Sosial medianın əsas mövzusu olan bu ölüm xəbəri məşhur insanların da diqqətindədir: Kolumbiyada 3 günlük matəm elan olundu, dünyanın söz, sənət adamları, dövlət xadimləri bu böyük itkinin təsiri altında açıqlamalar verir, statuslar paylaşırlar.

Bəs Azərbaycanda məşhur incəsənət adamlarımız bu haqda nə düşünür?

Bu niyyətlə sənət adamlarına telefon açdıq və ilk andaca sözün həqiqi mənasında şok yaşadıq. Buna görə də artıq mövzu dəyişdi: bizim incəsənət adamlarından onun barədə düşüncələrini yox, dünyaca məşhur, ədəbiyyatın ən nəhəng simalarından və ictimai xadimlərindən olan Markesi tanıyıb-tanımamalarını soruşası olduq.

"Alo, sizi eşitmirəm..."

Xalq artisti Nazpəri Dostəliyeva ilə normal hal-əhval tutub, suala keçəndə bəlli oldu ki, xanım müğənnimizin telefonunda "eşidilmə problemi" yaşandı; ya da sualda telefonun qulaqcığı "yandı":

- Alo, alo, mən sizi eşitmirəm...

Və telefon qapandı. Sonrakı zənglərimiz isə cavabsız qaldı.

Müğənni Manaf Ağayev Qabriel Qarsia Markes adını ilk dəfə bizdən eşidirdi :

- Yox, tanımıram!

Markes müğənnidir?

Ən dəhşətli cavabı Xalq artisti, sevimli aktrisamız Amaliya Pənahovadan aldıq:

- Markes kimdir? Müğənnidir, yoxsa aktyordur?

Daha ciddi sual verin

Xalq artisti Aybəniz Haşımova da Qabriel Qarsia Markezi müğənni və ya aktyor kimi başa düşdü və bizi qınadı:

- Axı, mənim nəyimə lazımdır o adam? Bax, indi deyəcəm güləcəksiniz, mənim öz sənətkarlarım qalıb qıraqda, Markesi tanımalıyam? Mən heç Azərbaycanın aktyorlarını fərli-başlı tanımıram. Bunları niyə tanımalıyam? Daha ciddi sual verə bilməzsiz?

"Markesi tanımayan bir şəxsə hansı ciddi sual vermək olar" məntiqini izah edə bilməzdik Aybəniz xanıma.

Sizi eşitmirəm

Xalq Artisti Flora Kərimova:

- Mən indi Almaniyada, oğlumun yanındayam. Səsinizi eşitmirəm, səs qırıq-qırıq gəlir.

Bircə onu dedik ki, Flora xanım, Markes adı gələn kimi Nazpəri xanımın da telefonuna nəsə oldu.../axar/

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az