Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Türkiyənin "Star TV" kanalında yayımlanan "Survivor" yarışmasının iştirakçılarından biri də aktyor Tolqa Kareldir. Hansı ki, "Yarpaq tökümü" serialında yaratdığı obrazla yaddaşlarda qalmağı bacardı. Onu da xatırladaq ki, T.Karel həmyerlimiz, gözəl model Günay Musayevanın həyat yoldaşıdır. Cütlüyün Cahangir adlı bir övladları var.
Gecə saatlarında yayımlanan "Survivor" yarışmasında Tolqanın qeyri-adi hərəkəti azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb. Aktyorun mükafat oyununda qalib gələrək, "Azərbaycan üçün, qardaş ölkəm üçün!" - deyib oynaması sosial şəbəkələrdə hələ də müzakirə olunmaqdadır.
Mediainfo.az