Əməkdar artist Mətanət İsgəndərlinin "narkoman" olması yazısı nəinki mediada, hətta ictimaiyyətdə belə rezonans doğurmadı desəm, yalan olar. Kimisi yazarı qınadı, kimisi təhqir etdi, kimisi isə hədələdi. "Siyahıda başqa şou-biznes nümayəndələrinin də adı var, bir-bir hallanacaq", - deyən İ.Valehoğlunun daha kimlərin "narkoman" olduğunu bildirəcək yazısı düzü, çoxlarının diqqət mərkəzindədir. Əsasən də şou-biznes nümayəndələrinin. Hansı ki, üzdə ağıllı, tərbiyəli, savadlı kimi görünməyə çalışırlar. Əslində isə əyyaş, narkotik istifadəçisidirlər. Qəribəsi də budur ki, məhz belələri efirə çıxıb "narkoman"ları qınayır, sərxoşlara məsləhətlər verirlər.
... Yazının müəllifi İntiqam Valehoğlu ilə əlaqə saxlayıb, "narkoman şou-biznesçilər"in siyahısına öncədən nəzər salmaq istədik. Əlbəttə, bu, elə də asan əmələ gəlmədi. Siyahıda kimlərin olduğunu dəqiq öyrənə bilməsək də, bəzi qaranlıq məqamlara aydınlıq gətirə bildik.
- İntiqam Valehoğlu, siyahıda daha kimlər var?
- Bunu zaman göstərəcək. Amma verilən reaksiyalar, manısların vurnuxmaları göstərir ki, bu, çox geniş bir siyahıdır.
- Bu yazıdan sonra Mətanət İsgəndərli tərəfindən hansısa hədə-qorxuya tuş gəlmisinizmi?
- Şəxsən zəng vurub hədə-qorxu gəlməyiblər. Amma sosial şəbəkələrdə, saytlarda müxtəlif öyrədilmiş insanlar var idi ki, tənqid həddini keçən fikirlər səsləndirmişdilər. Başa düşürəm, normaldır belə şeylər. Bir jurnalistə yazdığı yazıya görə nalayiq sözlər demək ancaq 5-3 manatlıq insanların işidir. Mətanət xanım saytlara açıqlamasında "filankəsin saçını yolacam" deyib. Deyəsən, əlaltıları və bəzi dırnaqarası həmkarlarımız ona səhv məlumat veriblər. Bəzi saytların bu məsələdəki mövqeyi onların peşəkar çox, peşəkor olduğunu göstərdi. Təsəvvür edin, qarşı tərəfin evində işləyən xidmətçidən də az qala münasibət öyrənirlər. Amma nə məndən, nə də sayt rəhbərindən fikir öyrənilmir. Hətta diqqətlə oxusanız, görərsiniz ki, məqsədli şəkildə İsgəndərliyə suallar verirlər. Onu qızışdırırlar.
- Sizcə, bir əməkdar artist üçün yaranmış bu biabırçılıqdan sonra nə kimi tədbirlər görəcək Mətanət xanım?
- Hansı tədbirlər görəcəyini deyə bilmərəm. Amma dünən bir saytda fotolarını gördüm. Qoluaçıq geyimdə. Sanki kiməsə nəyisə sübut etmək istəyirdi.
- M.İsgəndərlinin bacısı Təranə xanım saytlara açıqlama vermişdi ki, bacım qan analizi verəcək, "narkoman" olmadığını sübut edəcək. Analizin cavabı qənaətbəxş çıxarsa, siz tərəfdən təkzib və ya üzrhaqlıq ediləcəkmi? Ümumiyyətlə, nə kimi addımlar atmağı planlaşdırmısınız?
- Bu barədə baş redaktorumuz da bildirib ki, onun analiz verməsində biz də maraqlıyıq. Buyursun, analiz versin, sonrasına baxarıq.
- Yazınızdan sonra bir neçə müğənni haqqınızda xoşagəlməz fikirlər söyləyərək, Mətanət İsgəndərlinin müdafiəsinə qalxdılar. Məsələn, Mətanət Əsədova, "əvvəla, ona narkoman kim deyibsə, mən Mətanət həmin adamın boyunu yerə soxum. Kim onun haqqında "narkotik istifadə edir" deyirsə, gəlib mən Mətanətlə danışsın! Qələt edir o sözü deyən!" – deyə münasibət bildirdi. Həmçinin, Əli Mirəliyev, Vüqar Əhməd, Səyyad Aran və Manaf Ağayev də öz mövqelərindən çıxış etdilər. Yəqin ki, həmin yazını saytımızda oxumusunuz. Bu iradlara necə münasibət göstərərdiniz? Bu qədər təpkinin altından çıxmaq asan olmayacaq...
- Deyəsən, kimlərsə adlarının "narkoman" siyahısında olmasından narahatdır. Söhbət konkret olaraq Əsədovadan getmir. İkincisi, Mətanət Əsədova özü qələt edib, başından böyük danışır! Məni tənqid edə bilər. Amma bu tonda heç kimə ixtiyar verməmişəm. Bu xanımla bir dəfə üzbəüz görüşmüşük. Əli Mirəliyevlə isə bir dəfə ünsiyyətdə olmuşam. O, kişi adamdır! Haqqımda tənqidi fikirlər səsləndirsə də. Əcəb edib. Manaf Ağayev deyir, mən Mətanəti heç limonad içəndə də görməmişəm. M.İsgəndərli bundan sonra limonad içəndə mütləq Manaf Ağayevə şəxsən müraciət edəcək. Səyyad Əlizadə?! Elə bir müğənni var? Hə... Əvvəl adını eşitmişdim. Bir-iki əvvəl də bir cavan uşaq onu "prikol"a tutmuşdu. İndi yadıma düşdü. Mən elə bildim Səyyad müəllim karyerasını başa vurub o klipdən sonra. Amma ağıllı taktikadır. Həmişə cavan kadrların hesabına gündəmə gəlir. Əgər xahiş etsə, saytımızda onun reklamını təşkil edə bilərik.
Bax belə... Ataların bir məsəli var: "Od olmayan yerdən tüstü çıxmaz". Maraqlı yanaşmadır, məncə...
Sözün açığı, bir çox tanınmışlarla əlaqə saxlayıb, Mətanət İsgəndərlinin "narkoman" olub-olmaması haqda fikirlərini öyrənməyə çalışdıq. Amma nədənsə çoxları cavabdan yayındılar. Nədən əcaba?! Olmaya bu da "şəxsi məsələ"dir? Jurnalistlər yenədəmi burunlarını soxurlar?
Allah hamımızı pisliklərdən hifz etsin!
Hazırladı: Könül Aypara
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































