Əməkdar artist Mətanət İsgəndərlinin narkotik aludəçisi olması gündəmdə bomba kimi partladı. Hər kəsin təəccübləndiyi bu məsələyə nədənsə müğənninin özü ötəri yanaşdı. "Bu xəbəri yayanları məhkəməyə verəcəyəm. Qoy qanun qarşısında cavab versinlər. Mən Azərbaycanın tanınmış, sevilən sənətkarıyam, heç kimin mənim imicimə xələl gətirməyə haqqı yoxdur. Əlində sübut, fakt olmadan mənə ləkə vurmağın nə olduğunu özləri biləcəklər. Mən bu işin axırına çıxacağam", - deyə Facebook səhifəsində şərh yazan İsgəndərli son dərəcə "dırnaqarası" münasibətlə şübhələri nədənsə artırmış oldu.
M.İsgəndərli haqda gəzən söz-söhbətə sənət yoldaşları da reaksiya verdilər. Keçirdiyimiz sorğunu nəzərinizə çatdırırıq:
Mətanət Əsədova:
"NİYƏ HƏR ŞEYƏ PİS BAXIRIQ?"
- Birincisi, Mətanət İsgəndərli mənim ürəyimdir, bacımdır, ən hörmət elədiyim müğənni xanımdır. Səsi gözəl, özü gözəl, məlahətli xanımdır. Hər şeydə, dostluqda düzgün xanımdır. İnsana təmənnasız yanaşan biridir. Əvvəla ona narkoman kim deyibsə, mən Mətanət həmin adamın boyunu yerə soxum! Hər kimdirsə. Elə narkoman olmur. İçkini indi hamı içir, niyə hər şeyə pis baxırıq? Mən onun heç bir məclisdə içki içməyini, siqaret çəkməyini görməmişəm. Ayrı pis hərəkətini görməmişəm. Evdar xanımdır, anadır, qayınanadır. Gözəl insandır. Kim onun haqqında "narkotik istifadə edir" deyibsə, gəlib mənimlə danışsın! Bax mən Mətanətlə! Qələt edir o sözü deyən! Kimsə gedib məşğul olursa, Mətanətin adına çıxartmasın! Allah o adama göstərəcək şər atmağı! Hələ elə qayınana görməmişəm, gəlinini balasından ayırmır. Gəlininə görə hər şeydən keçər. O, nəvəsini necə düşünür, bilirsiniz? Ayrı xanımdır o. Şəxsən mənim üçün Mətanət İsgəndərli əvəzedilməz xanımdır!
Yazışı-publisist, şair Vüqar Əhməd:
"XALQ SEVSƏ SƏNƏTKARI DAĞ BATA BİLMƏZ!"
- Mətanət xanım haqqında gəzən dedi-qodudan pis oldum. Qanım qaraldı. Özümə gələ bilmirəm. O, mənim 21 illik etibarlı dostumdur. Xalq sevsə sənətkarı, dağ bata bilməz!
Əli Mirəliyev:
"ÖZÜ BİLƏR!"
- Mən heç vaxt görməmişəm ki, o yazıq nəsə artıq hərəkət eləsin, mümkün deyil. Mətanət bizim evin yanında olur. Yalandan sözdür də, deyirlər . Kök adam narkoman ola bilər? Narkoman arıq olur həmişə, heç vaxt kök ola bilməz. Görmürsünüz yazıq kökəlir gün-gündən? Yaşı da o yaş deyil axı. 50-ni ötüb artıq. İçki içibsə, özü bilər, kimə nə? Hamı içir də məclislərdə. O boyda xalq artistiniz içib səhnədə Elarizə deyir ki, Elariz, gəl bura! Aygün Kazımova bilirsiniz nə qədər içir? Günaşırı da içir. Yazıq Mətanətin adı niyə çıxmalıdır ki, bilmirəm. Efirlərə baxın da, həmişə Aygün içkili olur. Mətanət yazıq atasız uşaq saxlayır, nə işiniz var onunla? Çox ağıllı, namuslu xanımdır, başı aşağıdır, heç kimə dəyib - dolaşmaz. Cavanlığında nə olub bilmirəm, hiss etməmişəm. O, əvvəllər Mərdəkanda restoranda işləyirdi, o vaxtı özü də bilmədi heç . Eldar Mansurovla ona kömək etdik, mahnılar verdik, o vaxtı Eldar "qlavnı" redaktor işləyirdi. Dedim, kənd uşağıdır, kömək ol ona, efirə çıxsın. İlk dəfədə Mətanəti bizdən restoran müdiri var idi Fərhad o xahiş etmişdi ki, kömək edək, biz də etdik. Mətanətin həmişə başı ilə ağlı yerində olub, düşüncəli danışıb. Oxumağı da yerində olub. Narkoman heç vaxt kök ola bilməz, arıq olur, amma narkotiki də atandan sonra da deyirlər ki, kökəlir… Mən görməmişəm, deyə bilmərəm. Narkotik çox zibil şeydir, gücü, canı, hər şeyi alır insanın əlindən. Narkotik özündən asılı edir səni, sən olursan narkotik aludəçisi, olursan it günündə! Mən Mətanətin yerinə qol çəkirəm ki. Mətanət narkoman ola bilməz.
Səyyad Əlizadə:
"ALLAH BƏLASINI VERSİN!"
- Mən Mətanət İsgəndərli ilə uzun müddət bir yerdə duet oxumuşam. Şəxsən görməmişəm ki, o narkotikdən istifadə etsin. Normal bir insandır. Nə onu içki içən, nə də başqa şeylərdən istifadə edən görməmişəm. Axır vaxtlarda tez-tez şayiələr çıxır ki, filankəs qəzaya düşdü, dünyasını dəyişdi. Bir də görürsən səhv xəbər olur. Mətanətə də kim sayiə çıxarıbsa, qoy Allah bəlasını versin! Nə deyim?!
Manaf Ağayev:
"AYIB DEYİL?"
- Kaş bütün müğənnilər Mətanət kimi özünü aparsın. Nəyəsə görə demirəm a, nəyinsə xətrinə. Əsl Azərbaycan xanımıdır. Fakt efirə çıxanda da, geyimində görürsən abrı, isməti necədir . Bəzi müğənnilərlə düşürük də toylara. Görürük özlərini necə aparırlar. İçib özlərini idarə edə bilmirlər. Deyirəm, müğənnilər Mətanət kimi özünü toyda aparardılar kaş. 20 ildir tanıyıram onu, hələ toylarda bir dəfə də olsun yemək yediyini və yaxud nəsə içdiyini görməmişəm. Deyəndə də yemək ye, deyir, kökəlirəm, yemirəm. Özü ilə həmişə çay gətirib. Öz "çaşkasında" çay içib. Mən şəxsən onu limonad içəndə belə görməmişəm, yalandan nə deyə bilərəm ki? Nə oldu 20 ildir bunu tanıyıram, həftədə 1 dəfə də olur ki, məclislərdə oluruq, biz heç nə görmədik. İndi kimsə bunu sayiə kimi çıxartdı. Ayıb deyil? Narkoman elə şeydir ki, onu bir dəfə bilməsən, ikinci dəfə biləcəksən. Bu mümkün olan iş deyil. İndi kimsə nə eşidib, yazıb bilmirəm, öz adımdan deyirəm, başımla da cavabdehəm, mən o qızda nə içki, nə də başqa heç nə görməmişəm! Kaş hamısı Mətanət kimi olardı bu toylarda olan müğənnilərimiz. Bəziləri var ki, toyda içib yıxılır. Şəxsən Mətanəti ağıllı, tərbiyəli xanım kimi tanıyıram, narkoman kimi yox.
Hazırladı: Şəlalə Nəriman
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































