"Hansı əsasla mənə narkoman deyirlər? Nəyə əsasən bu sözləri danışırlar?! Onlara kim ixtiyar verib, bu sözləri deməyə..? Mən həmin şəxsi tapsam, saçlarından tutub, sürüyəcəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotik istifadə edərkən? Ayıb olsun, sadəcə...", - deyən əməkdar artist bu gün haqqında yayılan şok xəbərlə bağlı nəhayət ki, açıqlama verdi.
"Mətanət qan analizi verəcək. Narkoman olmadığını sübut edəcək. Görüm, həmin sübutdan sonra, bu şaiyəni yayan şəxslər bu böhtanın altından necə çıxacaq. Vəkil tutacağıq, həmin şəxsləri külli miqdarda təzminat ödəməyə məcbur edəcəyik. Çünki bu çox pis böhtandır", - deyə əməkdar artistin bacısı Təranə xanım da iddia ilə bağlı fikirlərini bildirib.
Həmçinin M.İsgəndərlinin qızı Ülkər də əsəblərini boğa bilməyib:
"Anamı hamı yaxşı tanıyır. Nə qədər axmaq olasan ki, bu sözlərə inanasan. Boş şaiyələr anama ləkə gətirə bilməyəcək".
Xatırladaq ki, bu gün "Aznews.az" saytında müğənninin narkoman olmasıyla bağlı xəbər yayılmışdı. /axar/
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































