Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin bu gün Aznews.az saytında yayımlanan "narkoman" iddiasına cavab gecikməyib:
Sənətçinin bacısı, eyni zamanda köməkçisi olan Təranə İsgəndərli bildirib ki, bu məlumatlara cavab vermək həvəsində deyillər. O, Azərbaycan mətbuatının nəzarətsiz və ölçü-biçisiz şəkildə olduğunu, hər kəsin istədiyi mövzuda yazdığını qeyd edib:
"Azərbaycan xalqı uzun illərdir ki, Mətanət İsgəndərlini tanıyır. O, xalqın gözü qarşısındadır. Narkoman olsa, bunu hamı bilər. Xəbər yalan olduğu üçün, bizi o qədər də qıcıqlandırmır. İmkan verin yataq, axşam rayondan toydan gəlmişik".
********************
Bir neçə gün öncə tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) verdiyi "şou biznesin 99 faizi narkomandır" açıqlaması geniş rezonansa səbəb olub. Hətta vəziyyət o həddə çatıb ki, narkotik istifadəçisi olan şou nümayəndələri gitaraçıya qarşı birləşmək niyyətindədirlər.
Belə bir vaxtda AzNews.az olduqca ilginc siyahı əldə edib. Cəmiyyətdə şok effekti yaradacaq, narkotik aslılığından əziyyət çəkən sənət adamlarının adlarının qeyd olunduğu bu siyahını tam şəkildə çap etmirik. Amma həmin şəxslərin bu ziyanlı vərdişlərini sübut edən faktları əldə etdikcə, onları sizə təqdim edəcəyik.
İndiliksə narkotik asılılığından əziyyət çəkməsi barədə xeyli sübutların olduğu bir sənətçinin adını çəkməklə kifayətlənirik. Bu, tanınmış müğənni, respublikanın əməkdar artisti Mətanət İsgəndərlidir. Mənbənin sözlərinə görə, müğənnidə bu asılılıq onda təxminən on ildir ki, yaranıb.
Məlumata görə, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından sonraya təsadüf edir. Məlumdur ki, müğənninin adı Mahir Abdullayevlə bağlı açılmış cinayət işində də hallanırdı.
Xatırlatmaq yerinə düşər ki, hələ dörd il öncə sənətçinin keçmiş həyat yoldaşı da müğənninin zərərli vərdişlərdən əziyyət çəkdiyinə eyham vurmuşdu: "Mən Mətanəti evdən artıq onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































