Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Xalq artisti Aygün Kazımovanın Türkiyədə "Coffee from Colombia" adlı ilk albomu işıq üzü görüb. Albom DMC musiqi şirkətinin məhsuludur. Bu barədə A.Kazımova şəxsi İnstaqram səhifəsində xəbər verib. Xalq artisti diskin şəkillərini yerləşdirərək: ""Sevənlərim sevinsin, albom çıxdı" şərhini bildirib.
Albomda müğənninin məşhur rep ifaçıcı Snopp Doggla ifa etdiyi "Coffee from Colombia" dueti 12 versiyada təqdim olunub. Onlar sırasında pop ulduz Rihanna, Şakira və bir neçə məşhur müğənnilərin mahnılarının klub versiyasını hazırlayan DJ-lərin hazırladıqları yeni remikslər də daxil olunub.
Mediainfo.az