Stilist Samiraldo ( Samir Əliyev) yeni peşəyə sahib olmaq niyyətindədir. "Mən stilist olmamışdan öncə, hələ internat evində olanda qarşıma məqsəd qoymuşdum ki, bu həyatda yaxşı nə etsəm, bu, özümün xeyrinə olacaq. Uşaq evindən çıxanda əlimdə heç bir şeyim yox idi. Nə anam, nə atam, nə də ki, heç bir qohumum, tanışım. Qarşıma məqsəd qoyub, özümə bir peşə seçdim, stilist oldum. Bu işimin sayəsində öz şəraitimi qurmaqla yanaşı, Azərbaycanda da tanındım. İndi isə qarşıma növbəti məqsəd qoymuşam. Müğənni olacağam. Açığı, bu barədə mənə Azərbaycanın ən tanınmış bir şirkətindən təklif gəldi. Mən də təxminən bir aya yaxın düşündüm, daha sonra razılıq verdim. Onlar mənə söylədilər ki, səni məşhur müğənni Azisin obrazında görürük. Mənsə onlara söylədim ki, mən elə Samiraldoyam. Ola bilər ki, obrazlarımız oxşardır, amma ikinci Azisə gərək yoxdur. Bütün bunlara baxmayaraq, müğənniliyim pis alınmayacaq. Çünki gözəl səsim var. Mən indi yeni çıxan müğənnilər kimi demək istəmirəm ki, "çəkilin, gözləyin mən gəlirəm". Zamanla hər kəs hər şeyin şahidi olacaq. Sadəcə müqaviləmin şərtlərinə uyğun olaraq, bütün detalları açıqlaya bilmərəm ", - deyə açıqlama verən Samiraldo əməkdar artist Elza Seyidcahandan mahnı almaq istədiyini də vurğulayıb./lent/
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































