Müğənni Yaşar Cəlilov "Ay qonşu" adlı mahnısına klip çəkdirib. Mediainfo.az -ın məlumatına görə, kompozisiyanın sözləri Azər Şirinə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. "Ay qonşu"nun ssenari müəllifi Azər Baxşəliyev, rejissoru Elmir Süleymanovdur. Hazırda montaj prosesində olan ekran işi yaxın günlərdə təqdim olunacaq. Y.Cəlilovun sözlərinə görə, klipin sujet xətti onun qonşusuna olan sevgisindən bəhs edir: " Bu, mənim 13-cü klipimdir. Sevilən və professional aktyorlarla kamera arxasına keçmək mənə böyük zövq verdi. Əminəm ki, mahnı kimi klipi də tamaşaçılar, xüsusən də qonşuları ilə yaxşı münasibətdə olanlar bəyənəcək. Bu işimizin də uğurlu alınacağına əminəm".
Ekran işində əsas rolları müğənni ilə yanaşı Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb. Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqşısı Novruz Novruzov, montaj işi Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyeva, kastinq Mehman Məmmədov, təşkitatı işləri isə Sarvan Zamanova məxsusdur. "Ay qonşu" mahnısına çəkilən klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb.
Hazırladı: Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































