Azərbaycanın xalq artistləri Xuraman və Fidan Qasımovalar dünən Almaniyada olublar. Düsseldorf şəhərində yerləşən Uniklinikanın Onkologiya şəbəsinə ziyarətin tutarlı məqsədi var. Belə ki, bacılar sözügedən klinikada müalicə alan teleaparıcı Hacı Nurana baş çəkiblər. Xalq artistləri tanınmış aparıcını Novruz bayramı münasibətilə təbrik edib, ona can sağlığı arzulayıblar.
"Bu gün hava buludludur, amma arxasında günəş var. Hava soyuqdur, amma qarşıda yay var. Bayırda hərəkət var, çünki inam var! Mənə qaranlıqda işıq, çətinlikdə dözüm, sabahlarımda xoş gün inamı arzu edənlərin sırasında xüsusilə Bakıdan Almaniyanın Düsseldorf şəhərində yerləşən Uniklinikanın Onkologiya şöbəsinə ziyarətimə gələn və mənimlə Novruz bayramını bir yerdə keçirən, mənim çox istədiyim xalq artistləri, professorlar Fidan və Xuraman Qasımova bacıları oldular. Mən onlara sonsuz minnətdaram. Bu gözəl hissləri yaşatmaq üçün də mən Almaniya-Azərbaycan Gənclər Birliyinin sədri Elnur Richterə çox təşəkkür edirəm. Bütün xoş sözlərə əlavə olaraq bütün dostlarımı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm!"
Kollektivimiz adından Hacı Nurana Ulu Yaradandan can sağlığı, xoşbəxtlik arzulayırıq! Allah yolunu açıq etsin!
Hazırladı: Könül Aypara
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































