Kənan MM: "Xalq artistləri narkotik qəbul etmirlər?"

Kənan MM: "Xalq artistləri narkotik qəbul etmirlər?"
Rejissor hər kəsi qınadı

Rejissor Kənan MM reper Hüseyn Dəryanın ğlümü ilə bağlı maraqlı nüanslara açıqlama gətirib. O, şəxsi Facebook səhifəsində bunları yazıb:

"Dərya getdi... Mən bu aləmdə çox şeyə təəccüb edirdim, amma bu gün Dəryanın yas mərasimində iki-üç sənət adamından başqa heç kimi görmədikdən sonra daha heç nəyə təəccüb eləmirəm. Bir zamanlar Dərya ilə duet oxumaq növbəsinə duran dırnaqarası ulduzları görmədim ,əllərində mikrafon, kamera Dəryanın arxasıyca qaçan jurnalistləri görmədim. Bəli, Dərya içki içirdi, indikilər içmir? Bəli, Dərya bir zamanlar narkotik qəbul edirdi, indiki xalq artistləri qəbul etmirlər? DƏRYANIN bu problemləri özünə məxsus idi, amma daxildə o, məndən və özünə sığışdırmayıb narkoman yasına gəlməyənlərdən min dəfə yaxşı insan idi. Hansınızın adını fanatlarınız divarlara yazdı? Hansınızın fanatı səhnədə paltarınızı üzərinizdən parçalayıb çıxartdı? Hansınızın fanatı sizə oxşamaq istədi? AMMA DƏRYA bunları elədi... Azərbaycan repi rəhmətə getdi.. kim inciyir özü bilər, adresimi bilirsiniz... Nifrət edirəm şou-biznesə.. Allah sizə hidayyət versin.. Dərya gəlişiylə də, gedişiylə də partlatdı.. Dünyaya milyon Hüseyn gələcək, amma heç biri Dərya olmayacaq.. DƏRYANIN qohum tərəfdən heç kimi yoxdur, onu yerdən yalnız dostları götürdü. Orada olan kişi qeyrətli qadın sənətçilərin qarşısında baş əyirəm. özünü jurnalist sayan dostlar, bu statusu mən yazmişam və sözümə də cavabdehəm.. Paylaşın axı sizə metrial lazımdır. İmza günahkar bəndə: Kənan MM".

Bunu bir vaxtlar narkotik aludəçi olduğuna görə dostu Hüseyn Dəryadan ayrılan, münasibətlərini soyuqlaşdıran rejissor Kənan MM yazıb. Onun xətrinə dəyməyib, statusunu olduğu kimi paylaşdıq. Materialımız bol olsa da belə...

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az