Bu günlərdə dünyasını dəyişən Hüseyn Dərya vəfatından bir neçə gün öncə oğlu Cahangirlə fotosessiya edib. Repçinin keçmiş həyat yoldaşı Sona Muradova Gün.Az-a açıqlamasında bildirib ki, H.Dərya martın 12-də oğluna zəng edib.
"Cahangirə zəng vurdu, dedi ki, Üzeyir Mehdizadə ilə birlikdəyəm. Cahangir də birinci dəfə idi dedi ki, ata, gəlim səninlə şəkil çəkdirim. Oğlum heç vaxt Hüseyinə belə deməmişdi. Sanki onun ürəyinə dammışdı ki, atası vəfat edəcək" – deyə S.Muradova bildirib.
S.Muradova əlavə edib ki, H.Dərya oğlunun necə oxuması ilə də maraqlanıb. "Son zamanlar oğlu ilə tez-tez görüşürdü. Hətta həmin gün Cahangiri dərsdən evə özü gətirmişdi", - Sona deyib. Xatırladaq ki, Hüseyn Dərya martın 14-də axşam saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində avtomobil qəzasına uğrayıb. Repçinin idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpılıb. 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən H.Dərya martın 15-də saat 13:00 radələrində vəfat edib.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































