Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Xəbər verdiyimiz kimi bu gecə keçirdiyi ağır qəzadan sonra Azərbaycanın məşhur reperi Hüseyn Dərya dünyasını dəyişib. Hadisə barədə eşidən Hüseyn Dəryanın sənət dostları da xəstəxanaya axışıblar. Mərhumun keçmiş həyat yoldaşı və oğlu da hazırda oradadır.
Qeyd edək ki, Hüseyn Dərya bu gecə idarə etdiyi "99 EK 575" nömrə nişanlı Opel Astra markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşmüşdü. Bu gün səhər isə reper vəfat edib.
Onun ilk həyat yoldaşı ailəsinin ailələrini dağıtdığını amma indi gəlib yaxın durmadıqlarını deyib. Xəstəxanaya düşəndən, hətta ölüm xəbəri yayılandan sonra ailə üzvlərindən heç kim onun yanına gəlməyib. Bu dəqiqələrdə mərhumun bacısı da gəlib.