Uzun illərdir Türkiyədə yaşayan və modellik fəaliyyəti ilə məşğul olan Günay Musayevaya (o, aktyor Tolqa Karellə ailəlidir və bir övladı var) xoşagəlməz hadisə üz verib. Belə ki, bu gün səhər saatlarında Günayın Bəylərbəyindəki mənzilini müsadirə etmək üçün məhkəmə icraçıları gəliblər. Sən demə, "Survivor" yarışmasında iştirak edən Tolqa Karelin on illik borcu varmış və o, bu illər ərzində borcunu ödəyəcəyini söyləsə də, pullarını ödəməyibmiş. Kareldən boşanacağını iddia edən gözəl model icraçıların hərəkətlərinə sərt reaksiya verib. "Bu borcdan xəbərim yoxdur. Tolqa burada deyil. O, "Survivor" üçün Dominikandadır. Nə üçün 10 illik borc üçün indi gəlirsiniz?" – deyən Günay xanım nə edəcəyini bilmədiyindən qayınatasını çağırtdırmalı olub. Tolqanın atası Tufan Öncenin vəkilə, "səni burada vuraram", - deməsi gərginliyə səbəb olub. Hadisə yerinə polislər çağırılıb. Borcun ödənilməsi üçün Karelin həyat yoldaşı Günay Musayeva və atasına bir həftə vaxt verilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































