Tanınmış reper Anar Nağılbaz Facebook səhifəsində qəribə bir status yazıb. Məktub xarakteri daşıyan məktubu olduğu kimi nəzərinizə çatdırırıq:
"Böyük hörmət bəslədiyim, gözəl jurnalist İradə xanım İsaqa məktub.
İradə xanım, salam! Əvvəla verilişinizi təbrik edirəm! Sonuncu 11 mart verilişinin də siz tərəfdən qərəzsiz və obyektiv keçirildiyi üçün təşəkkür edirəm! Vallah bu qalmaqalları Azərbaycan şou biznesində reklam kimi görən ilklərdən olsam da, özüm də daha bezmişəm. Görünür, tənqidçilik peşəmiz də özümüzü bu oddan çıxmağa qoymur, təəssüf. Mən tənqidçi oğlu tənqidçiyəm. Atam 25 il "Kirpi" dərgisində çalışıb. Özümə peşə etmək istəməsəm də, çılğınlığım, haqqın hökmən çatdırılması istəyim qəlbimi deşib. Mənə təklif etdilər ki Hüseyni dediyi sözlərə görə məhkəməyə verim, amma bu dəfə özüm istəmədim, dedim, elə öz dilində cavab verəcəm, çünki mənimlə son zamanlar üzləşməkdən qorxur, üzləşə biləcəyi yeganə məkan efirlərdir, bu adam efir xəstəsidir. İstedadı yanımızda aşkarlanması bir qırağa, etdiyimiz saysız köməklikər bir qırağa, çöldə görərkən qorxaqcasına qucaq açır, sonra da efirə çıxıb dalınca danışır ki, xal qazansın, çox təəssüf. Çox təəssüf edirəm ki, onu döymək istəyənlərin sayı artıb, mən yenə humanistlik edib qarşısını alıram. Yazıqdır. Allah görür, yazıqdır, ailəsi var deyə, amma indinin özündə də bilirəm ki, küçədə-bayırda qorxa-qorxa gəzir, çünki mənim deyil, onu küçələrdən tanıyanların qarşısında gözükölgəli olduğu üçün. Sabah, dediyi-etdiyi hörmətsizliklərə görə kimlərsə tərəfindən döyüləcəyinə mən qarant dura bilmərəm. Axşam bir status yazdım ki, köhnə və təzə rep ailəmizdən kimlər dəstək üçün ATV-nin qarşısına cümə günü saat 5-də yığışmağa hazırdır? 100 nəfər internetdə dəstəkləyib, bir o qədər də zəng almışam. Fikrimiz bu təqdirdə asayiş pozmaq, qeyri-qanuni bir iş etmək deyil, obyektivlik üçün "ATV maqazin"ə müsahibə verməkdir. Amma bu işin televiziyaya gələn və ətrafda yığışan insanların narahatçılığına səbəb olacağını düşünüb, sizə yazdım. Hörmətli Vüqar müəllimdən də xahiş edirəm, mənim və Hüseynlə bir rep ailədə olan dostlarımın cavab şəraitinin yaradasınız. Axı siz bir dost olaraq istəməzsiniz ki, bu iş şişsin, birinin bədbəxtliyi ilə bitsin. Çox güman edirəm, təmkinlə dinləyib, düzgün qiymət verəcəksiniz. Sizdən cavab almaq ümidi ilə, böyük hörmətlə: Anar Nağılbaz. Məktubu hər halda feysbuk statusumda da paylaşacağam ki, birdən başınız qarışıq olsa görməsəniz, dostlar görüb xəbər etsinlər. Sabah gözəl bir gündür - Cümə günü!"
Xatırladaq ki, İradə İsaqın aparıcılığı ilə yayımlanan "Düz üzünə" verilişinin sonuncu buraxılışının qonağı reper Hüseyn Dərya olub. Müsahibə zamanı o, həmkarı Anarı təhqir edərək, onu "şərəfsiz" adlandırıb.
Mediainfo.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































