Dünyanın dörd bir tərəfində yaşayan həmyerlilərimiz Novruz bayramını qeyd etməyə hazırlaşırlar. O cümlədən də qonşu Gürcüstanda yaşayan azərilər. Belə ki, mart ayının 23-də Borçalıda müğənni Talıb Talenin Novruz konserti keçiriləcək. Konsertin təşkilatçisi Hüseynov İlkindir:
- Konserti İlkin-Production təşkil edib. Borçalıda yaşayan azərilər Talıb Taleni cox sevirlər, dinləyirlər. Qərara gəldik ki, bu konserti reallaşdıraq. AMM bu konsertin təşkilində böyük dəstək oldu bizə. Konsertdə Dj-Amalov, parodiyaçi Ramil Yurdoğlu da iştirak edəcək. Gürcüstanı Türkiyədə, Azərbaycanda layiqincə təmsil edən gənc mügənnilərin cıxışları da gözlənilir. Eynar Balakişiyev (Turkvizyon), Anar Əsgərov (Yeni Ulduz), Mişa Müşviq və s. Konsertin aparıcısı Gürcüstan gözəli seçilən Aysel Mamedovaya həvalə edilib. Konsert 23 mart, saat 15:00-da Marneuli şəhərində yerləşən "Mədəniyyət evi"ndə keçiriləcək. Əlaqə: +995 / 593 123 346.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































