Xatırlayırsınızsa, müğənni Ayan Babakişiyevanın qeyri-rəsmi nikahdan hamilə qalmasını xəbərini ilk olaraq Mediainfo.az ictimaiyyətə çatdırmışdı. Araşdırmalarımız zamanı məlum olmuşdu ki, Ayanın sevgilisi Azərbaycan Taekvando Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevdir. Doğrudur, yayılan xəbərləri danan, həmçinin rahatsız olduğunu bildirən F.Musayev virtualaz.org saytına açıqlama vermişdi: "Bunu yazanlar boş-boş işlərlə məşğuldur. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir. Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər".
Amma bu fotogörüntülərdən sonra bir daha aydın oldu ki, mətbuatda heç də yalan məlumatlar yer almırmış. Dəqiqləşdirildi! Və həqiqət bəlli oldu.
P.S. Onu da vurğulayaq ki, A.Babakişiyeva ilə Füzuli Musayev rəsmi nikahda deyillər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































