Təşkilat komitəsindən verilən məlumata görə "The Best of Star" mükafatı bu ilin mart ayında öz sahiblərinə təqdim olunacaq! Təşkilat komitəsindən onu da bildirdilər ki, qaliblərə yalnız diplom təqdim olunmayacaq, eyni zamanda tədbirin sponsorları tərəfindən hədiyyələr və endirim kuponları da təqdim olunması gözlənilir. Belə ki, tədbirin sponsoru olan "Rent Car Kral" şirkəti tərəfindən və digər tərəfdaşlar tərəfindən hədiyyələr və endirim kuponları mükafatçılara təqdim olunacaq. Qeyd : "The Best of Star" Mükafatı 2012-ci il tarixində təsis olunmuşdur. Mükafat Şou Prodakşn tərəfindən təsis olunmuşdur. Mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən "Şou Biznes" nümayəndələrini, Maqazin verlişlərini, Şou Bizneslə əməkdaşlıq edənləri, Sayt və internet portallarını, "Şou-biznes" yazarlarını, Aparıcıları, Modelyerləri, Modelləri, və s. sorğu və monitorinqər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Eyni zamanda, onlara simvolik olaraq "The Best of Star" Mükafatı təqdim etməklə gələcəkdə bu istiqamətdə əməli fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını vurğulamaqdır. "The Best of Star" Mükafatı öz sahiblərinə bu ilin mart ayında təqdim olunacaq. Sorğularda "Şou Prodakşn"-nın Facebook sosial şəbəkələrdəki səhvəsinə qoşulmaqla və e-poçt ünvanına ([email protected] ) rəy bildirməklə iştirak etmək olar!
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































