"Məni yarımdan soruş" verilişinin bugünkü efirində böyük final həyəcanı yaşanacaq. Hər ailənin sevimli layihəsinə çevrilən "Məni yarımdan soruş"da ilk avtomobil hansı cütlüyün olacaq? Layihədə kim məyus olacaq, hansı cütlük sevinc dolu anlar yaşayacaq? Bütün bunlara bu gün axşam saat 21:40-da ATV kanalında şahid olacaqsız. Bu məlumatları layihənin mətbuat katibi Faiq Ələkbərovdan aldıq. O bildirdi ki, qısa müddət ərzində ən çox danışılan layihənin final buraxılışında ailəli və nişanlı cütlüklər avtomobili qazanmaqdan ötrü dəridən-qabıqdan çıxacaqlar, ən çətin oyunlarda qələbə qazanmağa çalışacaqlar: "Final mərhələsində nişanlı və ailəli cütlükləri ən çətin sınaqlar gözləyir. Aparıcılar Zaur və Günay Baxşəliyevlərin təqdimatında tamaşaçılara təqdim olunan "Məni yarımdan soruş" layihəsində cütlüklərə hər ay bir avtomobil təqdim olunacaq". Mətbuat katibi onu da deyib ki, layihədə iştirak etmək istəyən cütlüklərin sayı hədsiz dərəcədə çoxdur: "Layihəyə qatılmaqla bağlı çoxlu sayda zənglər daxil olur. "Biz bu layihədə necə iştirak edə, qeydiyyata necə düşə bilərik?" kimi suallar verilir. Bacarığına güvənən nişanlı və ailəli cütlüklərin nəzərinə çatdıraq ki, "Məni yarımdan soruş" layihəsinə qatılmaq üçün www.meniyarimdansorush.com saytına daxil olsunlar, arzularını reallaşdırsınlar. Yaxın günlərdə verilişin yeni çəkilişlərinə start veriləcək". ATV kanalı və "Renk Medya"nın birgə layihəsi olan "Məni yarımdan soruş" layihəsinin final efirini bu gün axşam saat 21:40-da, ATV kanalında mütləq izləyin.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































