Ötən günlərdə məşhur azərbaycanlı müğənni Röya Ayxanın qardaş ölkə Türkiyəyə üz tutduğu barədə məlumat vermişdik. İfaçının səfərindən yeni fotoları yayılıb. Son zamanlar yeni layihələri üzərində işləmək üçün İstanbulda bir neçə sənətçilər ilə görüşən Röya bu dəfə isə tanınmış ifaçı Gülşən ilə bir araya gəlib.
R.Ayxan onunla birlikdə səs yazma studiyasında iş prosesi zamanı kamera önünə keçib şəkil çəkdirib. İki məşhur müğənninin səmimi görüntüləri gözlərdən qaçmayıb. Daha sonra isə Röya fotonu şəxsi İnstaqram səhifəsində izləyiciləri ilə paylaşıb. İfaçıların bir araya gəlmə səbəbləri isə onların hazırladıqları yeni layihədir. İkilinin hazırladığı yeni dueti tezliklə pərəstişkarlarına təqdim olunacağı bildirilib. Qeyd edək ki, bu ifa Röyanın üçüncü sinqlında yer alacaq.
Xatırladaq ki, Röya bundan öncə "Göndər", "Gemiciler" kliplərinin çəkilişlərini Türkiyədə yerli rejissorlara həvalə edib. Qısa zamanda qardaş ölkədə məşhurluğa doğru gedən ifaçı daha sonra sənətçi Gülbən Ergenin Show Tv-də yayımlanan verlişinin qonağı olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































