Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova orda oxuyacağı mahnıdan söz açıb. Müğənni Lent.az-a bildirib ki, tamaşaçılar ondan gözəl ifa gözləyir: "Sözün düzü bu il "Eurovision" yarışmasına çox güclü hazırlaşmışam. Hətta milli seçim turlarına qatılmadan öncə özümə söz verdim ki, əgər bu il seçilməsəm, bir daha bu müsabiqəyə qatılmayacam. Demək, Allahın qisməti bu ilə imiş. İndi müsabiqədə ifa edəcəyim mahnı barədə düşünürük. Mənim musiqi təhsilim bir neçə janrda oxumağa imkan verir. Muğamdan savayı, bir neçə üslubda mahnı ifa edə bilərəm. Amma görək, sonda hansı mahnı seçiləcək. Seçildikdən sonra, bunu sizlər də eşidəcəksiniz. Bu isə martın 15-dən tez olmayacaq".
Qeyd edək ki, D.Kazımova mayın 6-da Kopenhagenin "B&W" Hallerne arenasında müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































