Məşhur müğənni Kərim Abbasov ailəsindən ayrılarsa özünü öldürəcəyini bildirib. Müğənni müsahibəsində, həyat yoldaşının ona qarşı çox qısqanc olduğunu deyib: "Elə bir gün yoxdur ki, bizim ev davasız, söz-söhbətsiz keçsin. Qısqanclıq bizim ailədə qaçılmaz və danılmaz haldır. Mən isə rahatam, məndə o hisslər azdır, çünki bilirəm kiminlə ailə qurmuşam. Həyat yoldaşım bütün günü evdə oğlumla məşqul olur. Mən isə şou biznes insanıyam, ətrafımda xanımlar çoxluq təşkil edir. Düşünürəm ki, yoldaşım məni başa düşməlidir".
Kərim həyat yoldaşı və oğluna qarşı sonsuz sevgisindən danışaraq müsahibəni davam edib. Bundan əlavə müğənni, iki il bundan öncəyə qədər ailəsində çox ciddi söz-söhbətlər olduğunu, hətta həyat yoldaşının bir neçə dəfə 1 aya qədər evi tərk edib valideyinlərinin yanında qaldığını da açıqlayıb.
Ailəsindən ağız dolusu danışan müğənni, qaynanası, baldızları və qayınlarından da danışmağı unutmayıb və onların ünvanına olduqca çox gözəl sözlər ünvanlayıb. "Allah qohumlarımı mənə çox görməsin, yerlə göy qədər onlardan razıyam. Allah eləməsin, əgər bir gün eşitsəniz ki, Kərim ölüb bilin ki, mən ailəmdən ayrılmışam və buna görə də özümü öldürmüşəm"./ans/
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































