Məşhur sənətçi keçirdiyi ürəktutması nəticəsində dünyasını dəyişib
Daha bir məşhur sənətçi vəfat edib. ANS -in məlumatına görə, İspaniya gitaraçısı Pako de Lusia Meksikada keçirdiyi ürək tutması nəticəsində dünyasını dəyişib. 66 yaşlı dünya şöhrətli gitaraçı dəniz kənarında övladları ilə istirahət edərkən özünü pis hiss etdiyini bildirib. Üstündən bir müddət keçdikdən sonra ürək çatışmazlığından vəfat edib.
Pako de Lusianın doğulduğu yer olan İspaniyanın Algersiras şəhərinin bələdiyyəsi məşhur sənətçinin ölümü barədə xəbəri yayımlayıb. Əsil adı Françisko Sançez Gomez olan ifaçı Flamenkanı, caz, bluz və rok ritmini dünyaya tanıdan isimlər sırasında öndə gələn şəxs olub.
2004-cü ildə ən yaxşı albom buraxan sənətçi adına layiq görülən Pako Grammy mükafatı qazanıb. İspaniyada bir çox mükafatlara sahiblənən və sevilən ifaçı dünyanın bir çox ölkəsində konsert proqramı ilə çıxış edib, qardaş ölkə Türkiyənin qonağı olub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































