Azərbaycanda tanınmışları bir araya gətirəcək serial yayımlanacaq. "Lider" telekanalında start götürəcək serialda əməkdar artist Cavanşir Məmmədov, qalmaqallı Əli Mirəliyev, meyxanaçı Namiq Məna, Afaq Aslan, aktyor Allahverdi Yolçuyev və s. iştirak edəcəklər. "Yaxın uzaqlıq" serialının quruluşçu rejissoru və ssenari müəllifi Anar Məmmədəliyevdir.
"Serial "Anar M.production"un istehsalıdır. Rejissor Aqşin Onullahıdır. Musiqi və ifa işləri bəstəkar Tural Bakuviyə, ifa isə Remal Rəsula məxsusdur. Süjet xətti ilə bağlı onu deyə bilərəm ki, müğənni Cavanşir Məmmədov insan orqanlarının alveri ilə məşğul olan mafiyanın başçısıdır. Afaq Aslan isə onun ikinci həyat yoldaşıdır. Bu cinayəti araşdırmaq müstəntiq rolunda çəkilən bədiiəçi Namiq Mənanın üzərinə düşüb. Əli Mirəliyev isə mafiyanın dəyərli simalardan biri kimi çəkilib. Rəşat Kəsəmənli də serial da rol alıb. O, gizli dövlət işçisi olduğundan bir yolla mafiyanın içinə daxil ola bilir. Bu işdə Elçin Cəlilovla birgə çəkilən Kəsəmənli mafiyanı çökdürməyə çalışır. Allahverdi Yolçuyev isə ən simasız, satqın mafioz rolunda çəkilir", – deyə Mediainfo.az-a açıqlama verən rejissor "Yaxın uzaqlıq" serialının tamaşaçı marağına səbəb olacağına əmindir.
Uğurlar!
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































