Sezon sonunda ekranla vidalaşacaq olan "Muhteşem Yüzyıl"da hər həftə tragediya dolu bölümlər ekrana gətiriləcək. Şahzadə Mustafanın edam edilməsindən sonra layihədən ayrılan Mehmet Günsürün ardınca daha kimlər serialı tərk edəcək?
Qardaşının ölümünə dayana bilməyən şahzadə Cihangir xəstələnərək öləcək. Şahzadə Mustafanın həyat yoldaşı Mihrünisa bu acıya dayana bilməyib, zəhər içərək intihar edəcək. Serialdakı tragediyalar bununla bitməyəcək.
Qardaşının ölümü ilə atası arasında sərhədini qaldıran Beyazıd üsyan etmək fikrinə düşəcək. O, İrana sığınacaq. Daha sonra İranla anlaşma nəticəsində geri qaytarılacaq və edam ediləcək.
Rüstem paşanın yerinə gətirilən Kara Ahmet paşa səfər dönüşündə düşmənlərinin tələsinə düşəcək. Divan toplantısının ardından edam ediləcək. Və Rüstem paşa yenidən postuna qayıdacaq.
Həm serialda, həm də tarixdə o dönəmə damğasını vuran Hürrem sultan hər cür oyundan çıxıb, önünü açdığı oğlu Selimin taxta çıxdığını görmədən öləcək. Oğullarını taxta varis edən Hürrem sultan 15 aprel 1558-cü ildə İstanbulda ölüb. Zəhərləndiyi və ya qadın xəstəliyindən vəfat etdiyi düşünülən Hürremdən 8 il sonra Qanuni Macarıstan - "Zigetvar" səfərində həyatını itirir.
Onu da qeyd edək ki, daha öncə mart ayında bitirilməsi planlaşdırılan serial iyun ayında izləyiciləri ilə vidalaşacaq.
Günel Həbib
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































