Serbiyanın ən zəngin iş adamlarından - "Planet Sports" mağazalar şəbəkəsinin prezidenti Zoran Baskoviçin həyat yoldaşı qaçırılıb. Belə ki, iş adamının sürücüsü daxil olmaqla beş nəfərdən ibarət dəstə tərəfindən qaçırılan Svetlana Baskoviç üçün 4 milyon avro fidyə tələb edilib. Sürücünün verdiyi təlimatlar sayəsində 49 yaşlı qadının nə zaman, harada olacağını bilən qrup qadını küçə ortasındaca zorla avtomobilə mindiriblər. Daha sonra avtomobillin nömrəsini üç ayrı nömrə ilə əvəzləyərək, qurbanlarını şəhərdən kənara çıxarıblar.
Bundan sonra bazarlıq başlayıb və fidyə 4 milyondan 1 milyona qədər endirilib. Pulun qoyulacağı yer dəqiqləşdirilikdən sonra onu götürməyə gələn sürücü təqib edilib. Və beləcə, polisin uğurlu əməliyyatı nəticəsində milyonçunun arvadı xilas edilib.
Polis içəri daxil olarkən maraqlı olayla üz-üzə qalıb. Belə ki, dəstə üzvləri maraqla "Muhteşem Yüzyıl"ın yeni bölümünü izləməkdə idilər. Bu səbəbdən də evə yaxınlaşan polislərin heç bir səsini belə eşitməyiblər.
"Muhteşem Yüzyıl" sayəsində qurtulan Svetlana Baskoviç səhəri gün ölkə qəzetlərinin serialla bərabər manşeti olub.
Günel Həbib
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































