Fransız paparazi Paskal Rosten amerika prezidenti Barak Obamanın müğənni Beyons ilə ciddi münasibəti olduğunu deyib. O, müğənnini əri Jay-Z-yə prezidentlə xəyanət etməyində ittiham edib.Paparazi, "The Washington Post" qəzetinin prezident və müğənninin eşq macərası haqqında danışacağını bildirib.
Onun sözlərinə görə ABŞ-da qeyri-adi hadisələr baş verir: söhbət Barak Obama və Beyons əlaqəsindən gedir."Sizi əmin edə bilərəm ki, bu haqda bütün dünya mətbuatı danışacaq" - deyə Rosten bildirib.
Qeyd edək ki, Beyons artıq uzun müddətdir ki, Barak və Mişel Obama ilə dostluq edir – müğənni hətta birinci xanımın yubileyində mahnı da ifa edib.
Amerika prezidentinin ailəsində cansıxıcı atmosferin hökm sürdüyü barədə şayiələr əvəllər də yayılıb. Nation prezident ailəsinin dostlarının sözlərinə istinadən bildirib ki, onların nikahı illər öncə dağılıb, hətta yataq otaqlarını belə ayırıblar. Sadəcə Mişel ərinin karyerasına zərər gətirməmək üçün ətrafdakılara ailədə hər şeyin qənaətbəxş olduğunu göstərməyə çalışır.
Rostenin sözlərinə görə tanınmış "The Washington Post" qəzeti fevralın 11-də bu mövzuya dair materialı çap edəcəyini bildirib.
Qəzetin mətbuat katibi Kris Koratti isə belə materialın nəşr ediləcəyini planlamadığını deyib və bu məqalənin dərcini qəti şəkildə təkzib edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































