Azərbaycan teleməkanında analoqu olmayan verilişlərdən daha biri start götürməyə hazırlaşır. Mediainfo.az yazır ki, bu ayın 20-dən etibarən "Atv" kanalında "Ulduzların döyüşü" adlı veriliş başlayacaq. Həftədə iki dəfə efirə gedəcək olan verilişdə kişi starlarımız iştirak edəcək. Layihənin rəhbəri Azər İsmayılov, baş prodüsser və baş meneceri isə Reşat Kəsəmənli olacaq.
Reşat Kəsəmənlidən aldığımız məlumata görə, bu ikili hər həftə tamaşaçılara əməlli-başlı boks yarışı nümayiş etdirəcək: "Rəqiblər püşkatma yolu ilə seçiləcək. Ancaq hələ ki, iştirakçıların adları məxfi olaraq saxlanılır. Peşəkar məşqçilər tərəfindən həftəboyu iştirakçılar üçün məşqlər keçiriləcək. Hakimlər briqadası dünyada və Azərbaycanda tanınmış idmançılardan ibarət olacaq. "Ulduzların yarışı"nı Azər Süleymanovla mən təqdim edəcəyik. Verilişin təşkilatı işləri yüksək səviyyədə həyata keçiriləcək. Dünya peşəkar boks yarışlarının təşkil olunduğu səviyyədə ərsəyə gətiriləcək. Yüksək adrenalinin və tempin düşməyəcəyi layihə izləyicilərə təqdim ediləcək. Heç bir saxtakarlığa yol verilməyəcək. Döyüşlər tam təbii keçiriləcək.Yüksək kompüter qrafikasından da istifadə olunacaq. Yarışda sadalananlardan əlavə olaraq, çoxlu sürprizlər və gözlənilməz hadisələrlə dolu yayımlar izləyicilərimizi gözləyir".
Onu da qeyd edək ki, birinci yerin qalibi 20.000 manat pul və yaxud da mənzillə təmin ediləcək. İkinci və üçüncü yerlərin sahibləri də mükafatsız qalmayacaqlar.
Könül Aypara - Mediainfo.az üçün
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































