"Mən qız qaçırtmamışam. Qız özü mənim yanıma gəlib. İndiki zəmanədə kimi qaçırtmaq olar?". Bunu rusiyalı model Olqanı qaçırtmaqda ittiham olunan müğənni Elvin Abbasov deyib:
"Deyirlər ki, mən qız qaçırtmışam. Bu yalandır. Sadəcə adını söylədiyiniz Olqa xanımla sevgiliyik. O, məni sevir. Mənim də ona qarşı istəyim var. Sevdiyi üçün Bakıya gəlib. Olqanı qaçırtmağımdan söhbət belə gedə bilməz. Çünki belə bir şey olmayıb. Şəxsi həyatımıza müdaxilə etməyə kiminsə ixtiyarı yoxdur".
Qeyd edək ki, parapsixoloq Nadim Alixanov ans-ə verdiyi açıqlamada Elvinin Olqanı qaçırmasını bildirmişdi. Alixanovun dediyinə görə, Elvin qızın səmimiyyətindən istifadə edərək, öz niyyətini həyata keçirib. "İndi bu işdən xəbərdar olan qızın ata-anası təcili Bakıya gəlirlər. Onlar bu gün günorta saatlarında təyyarə ilə Bakıya gələcəklər. Bu məsələyə aydınlıq gələcək".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































