Türkiyənin Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevanın mətbuat konfransı keçirilib. Mətbuat konfransında sənətçinin konsertlərindən, kliplərindən ibarət, "TRT Müzik" tərəfindən hazırlanan videoçarx nümayiş olunub.
Müğənni jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlardan etibarən "TRT Müzik" kanalında "Bir səsin cazibəsi" adlı veriliş hazırlayacaq. T. Ağayeva deyib ki, TRT ilə müqaviləsinin müddəti 13 həftəlikdir: "Təklif məni çox sevindirdi və təbii ki, danışıqlardan sonra qəbul etdim. Azərbaycandan ilk sənətçiyəm ki, "TRT Müzik"də veriliş aparacağam. Əlbəttə, bu, mənim üçün şərəfdir. Çalışacağam ki, müqavilə müddətini işimizdən asılı olaraq artıraq. İnanıram ki, bu layihə Türkiyə ilə Azərbaycan mədəniyyəti arasında körpü rolunu oynayacaq, hər iki ölkəyə uğur gətirəcək".
Əməkdar artist əlavə edib ki, proqram şənbə günləri Türkiyə vaxtı ilə saat 11:00-da yayımlanacaq: "Biz yerli kanallardan biri ilə danışıq aparmışıq və həmin proqram bizim kanallardan birində də yayımlanacaq. 75 dəqiqəlik verilişin hazırlanmasında məqsəd Azərbaycan sənətçilərini Türkiyədə tanıtmaqdır".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































