Möhtəşəm maşın sahibini tapdı

Möhtəşəm maşın sahibini tapdı

ATV-də yayımlanmış "Möhtəşəm maşın" realiti-şousunun qalibi olan Çingiz Mustafayev yeni avtomobilini test drayvdan keçirib.

Avtomobildən razılığını bildirən DJ çəkdiyi əziyyətə dəydiyini deyib. Məşhur şoumen Murad Dadaşovun təqdim etdiyi realiti-şouda 18 tanınmış şəxs dekabrın 14-dən 31-dək mübarizə aparıb. Şounun qaydalarına uyğun olaraq Çingiz Mustafayev iştirakçı səsvermələri, tamaşaçı mesajları və ən əsası, finalda yüksək dözümlüyü ilə qalib gəlib.

Qalibin qazandığı avtomobilə gəldikdə, "Mazda 6" mükəmməl idman avtomobili sayılır: 100 km/saat sürəti 7,8 saniyəyə yığır. Kuzovunun ölçü və çəkisi, mühərrikinin turbo deyil, sadə versiyada olması nəzərə alınarsa, bu göstərici sinfində nadir haldır. 2,5 litrlik mühərriki ilə bu orta ölçülü sedan sürüşdən həzz bəxş edir. "Mazda 6" həssas əyləc sistemi, ABS və EBD təhlükəsizlik sistemi, yumşaqlığı ilə avtomobil həvəskarlarının rəğbətini qazanıb. Sürətdən və təhlükəsizlik hissindən maksimum həzzi avtomobilin interyerindəki rahatlıq təmin edir.

Avtomobilin xüsusiyyətləri şounun adına da təsir göstərib - sayca 12-ci olan budəfəki maşın şou "Möhtəşəm maşın" adlanıb. Bu avtomobil İspaniyadan Braziliyayadək bir çox Avropa və Amerika ölkələrində nəfis dizaynına görə sənət əsəri kimi qiymətləndirilib. 2013-cü ildə Almaniya Dizayn Şurası "Mazda 6"nı ilin "Ən yaxşı eksteryer dizaynına malik avtomobil"i seçib. "Mazda"nın yeni Skyactiv texnologiyasının tətbiq edildiyi daha bir model kimi yanacağa qənaəti, ətraf mühitə ehtiramı ilə seçilir. Avtomobilin qiyməti Azərbaycanda 26 900 manatdan başlayır.

Qeyd edək ki, ilk dəfə 2005-ci ildə efirə çıxan maşın şou Azərbaycanda ilk realiti-şou hesab olunur.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az