“Şakiradan, Cennifer Lopezdən də gözələm”

“Şakiradan, Cennifer Lopezdən də gözələm”

Müğənni Könül Kərimova gözəllik sirlərini açıqlayıb. Axşam.az-ın məlumatına görə, öz zövqü ilə geyinib makiyaj edən sənətçi pəhriz saxlayaraq arıqladığını bildirib.

K.Kərimova "Pərdə" verilişinə açıqlamasında özünü dünya ulduzlarından gözəl hesab etdiyini bildirib:

"Bu gün sənəti yüksək olan çoxlarından gözələm. Bütün gün salonlarda vaxt keçirənlərdən deyiləm. İnsan get-gedə püxtələşir. Mən də sənətdə çox təcrübə topladım. Əvvəl necə gəldi, geyinib gedirdim. İndi bunları özümə qadağan etmişəm. Axtarıb özümə yaraşanı geyinirəm. İstər saç düzümündə, istərsə də makiyajda öz zövqümə inanıram. Əynimə yaraşan libası tapıram. Bacardığım qədər qüsurları aradan qaldırmağa can atıram. Əsas səs, oxumaq deyil. Özümüzə də fikir verməliyik. Tənqiddən nəticə çıxaran adamam. Pəhrizimə fikir verirəm. Gündə bir dəfə, günorta yeyirəm. Mən Şakira, Beyons, Cennifer Lopezdən də gözələm. Hələ onlar qədər özümə baxsam, lap gözəlləşərəm".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az